İslamın meydana çıxışına qədərki dövrdə müxtəlif etnocoğrafi məkanda yaşayan türklərin dini-fəlsəfi dünyagörüşlərini tam şəkildə ümumiləşdirmək mümkün olmadığından onun əsas xarakterik cəhətləri haqqında çox sayda fikir, dəlil və mülahizələr ortaya qoyulmuşdur. İslamın yayılmasından sonrakı dövrlərdə də türklər ən qədim tarixə malik qövmlərdən biri kimi zaman-zaman firqə, təriqət və hətta din ayrılıqları içərisində yaşamağa məhkum olaraq müştərək dini-fəlsəfi dünyagörüş və düşüncə sistemi formalaşdıra bilməmiş, bir çox hallarda islamı inanc və mədəniyyət baxımından onlardan fərqlənən başqa qövmlərin düşüncə sisteminə uyğun gələn dini-fəlsəfi təlimlər əsasında dərk etməyə məcbur olmuşlar. Bununla belə, hansı dini-fəlsəfi sistemin çərçivəsində olursa olsun, ən bəsit qorxu dinlərindən başlayaraq ən mükəmməl sistemə malik olan islama qədər dini təkamülün bütün mərtəbələrini yaşamış olan türklər özünəməxsus dini-fəlsəfi dünyagörüşlərini, din və iman anlayışlarını qoruyub saxlaya bilmişlər.
Book Details: |
|
ISBN-13: |
978-613-8-24216-1 |
ISBN-10: |
6138242165 |
EAN: |
9786138242161 |
Book language: |
Azerbaijani |
By (author) : |
Fəridə Allahverdiyeva |
Number of pages: |
68 |
Published on: |
31.05.2018 |
Category: |
History |