Monoqrafiya Azərbaycan tarixinin ən kritik dönəmlərindən birində – XX əsrin əvvəllərində ölkənin və xalqın taleyində mühüm rol oynamış görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun (1870-1924) həyat və fəaliyyətinə, milli teatr və ədəbiyyatın mütərəqqi keyfiyyətlərlə zənginləşməsində xidmətlərinə həsr olunmuşdur. VI fəsildən ibarət olan əsərin ilk fəslində ədibin yaradıcılığının tədqiqi tarixi ilə bağlı məsələlər nəzərdən keçirilmiş, realist və inqilabi-demokratik ədəbiyyatın istedadlı nümayəndələrindən biri kimi, əsərlərinin hələ sağlığında diqqəti cəlb edib yüksək qiymətləndirildiyi təsbit olunmuşdur. II fəsildə ədibin həyatı, mühiti və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı mərhələləri araşdırılmış, onun xalq tərəfindən sevilən bir ziyalı, yazıçı və siyasi xadim kimi formalaşmasına təsir göstərən amillər və şəxsi keyfiyyətləri yeni sənəd və arxiv materialları əsasında tədqiq edilmişdir. Əsərin sonrakı fəsilləri bütövlükdə yazıçının çoxyönlü ədəbi fəaliyyətinin ayrı-ayrı istiqamətləri – pyesləri, roman, povest və hekayələri, eləcə də publisistikası məzmun, ideya və sənətkarlıq baxımından müqayisəli şəkildə incələnib qiymətləndirilmişdir.
Book Details: |
|
ISBN-13: |
978-613-8-24266-6 |
ISBN-10: |
6138242661 |
EAN: |
9786138242666 |
Book language: |
Azerbaijani |
By (author) : |
Teymur Axmedov |
Number of pages: |
580 |
Published on: |
31.01.2019 |
Category: |
Cultural history |