Kitabda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı kontekstində Azərbaycan və Qırğız nəsrində oxşar tipoloji paralellər, dövri mətbuatdan, arxivdən, ayrı-ayrı elmi jurnal və kitalardan əldə olunan materiallar əsasında yazıçının Azərbaycana və Azərbaycan ədəbiyyatına olan münasibəti, Azərbaycan ədəbiyyatşünaslığında yazıçı ilə bağlı aparılan tədqiqatların ümumi səciyyəsi və əsərlərinin dilimizə tərcüməsi, nəşri kimi məsələlər tədqiqata cəlb edilmişdir. Tədqiqatda Çingiz Aytmatov yaradıcılığının epoxa xüsusiyyətləri və yazıçının Azərbaycana və Azərbaycan ədəbiyyatına münasibəti, yazıçının əsərləri ilə İsa Hüseynovun müharibə povestləri və Yusif Səmədoğlunun “Qətl günü” romanınında paralel şəkildə İkinci dünya müharibəsi və repressiya kimi tarixi proseslərin inikası məsələləri və Azərbaycan ədəbiyyatşünaslığında Çingiz Aytmatov yaradıcılığının tədqiqinin prinsip və istiqamətləri öyrənilmiş, eyni zamanda yazıçının əsərlərinin dilimizə tərcüməsi və nəşri məsələlərinə diqqət yetirilmişdir.

Book Details:

ISBN-13:

978-613-8-24285-7

ISBN-10:

6138242858

EAN:

9786138242857

Book language:

Azerbaijani

By (author) :

Mehman Həsənli

Number of pages:

164

Published on:

27.07.2018

Category:

Language and literature science