Monoqrafiyada Azərbaycanın mütəfəkkir sənəkarı Hüseyn Cavidin ədəbi məfkurəsi və sənəti dövrünün ədəbi, mədəni, ictimai mühiti kontekstində araşdırılıb. Şairin Naxçıvan ədəbi-mədəni – ictimai mühiti və naxçıvanlı maarifçi müasirləri ilə əlaqəsi, ailə və təhsil mühiti: Naxçıvan, Cənubi Azərbaycan, Türkiyə, həmçinin həyatı və fəaliyyətində Gəncə, Tiflis mühiti və ədəbi yaradıcılığının Bakı dövrü, Almaniya səfəri və təəssüratları, Azərbaycanda sovet dövrü ictimai-ədəbi mühiti, bolşevik rejminin böyük sənətkara ikili münasibəti diqqətə çəkilərək obyektiv və aydın təhlildən keçirilib. Ədibin əsərləri ətrafında qurulan ədəbi məhkəmələrin, dövrü mətbuatın, Hüseyn Cavidə münasibətlərinə aydınlıq gətirilib.
Book Details: |
|
ISBN-13: |
978-613-8-24560-5 |
ISBN-10: |
6138245601 |
EAN: |
9786138245605 |
Book language: |
Azerbaijani |
By (author) : |
Lütviyyə Əsgərzadə |
Number of pages: |
276 |
Published on: |
10.09.2018 |
Category: |
General Humanities |