«Koroğlu» dastanının toplanması, nəşri və tədqiqi ilə bağlı uzun illər ərzində böyük işlər görülmüşdür. Monoqrafiyada Azərbaycan koroğluşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübəyə isnad edilməklə nəzəri təmayüllü problem araşdırılır. Belə ki, «Koroğlu» dastanının müxtəlif obrazları, süjet quruluşu kimi elmi problemlər müxtəlif tədqiqatların predmeti olmuşsa da, kitabda problemə sistemli yanaşılmışdır. Monoqrafiyada həm əldə olunan nəticələr, həm eposşünaslığın perspektivinə yönəlmiş elmi təkliflər, həm də mövzunun elmi həlli zamanı ona yanaşma tərzi baxımından yeniliklərlə zəngindir. «Koroğlu» dastanında obrazlar sistemi» kimi poetik struktur problemi düzgün nəzəri təhlil istiqamətində götürülmüş və dolğun elmi nəticələr əldə edilmişdir. Əsərdə dastanın mətninə, hər şeydən əvvəl, epik sistem kimi yanaşılmışdır. Sistemli yanaşma dastanın obrazlar sisteminin quruluş səviyyələrini aşkarlamağa imkan yaratmışdır. Dastanın süjeti epik obrazlaşmanın səviyyələrindən biri kimi götürülmüşdür. Çünki süjet bir tərəfdən obrazlar sisteminin ayrılmaz ünsürü, o biri tərəfdən gerçəkliyin müəyyən obraz səviyyəsidir. Bütün bunlar obrazlar sistemini süjet səviyyəsində öyrənməyə şərait yaratmışdır.

Book Details:

ISBN-13:

978-613-9-41368-3

ISBN-10:

6139413680

EAN:

9786139413683

Book language:

Azerbaijani

By (author) :

Yeganə İsmayılova

Number of pages:

180

Published on:

06.02.2019

Category:

Folklore