Böyük Qafqazın şimal-şərq yamacında yerləşən Qusarçay-Qudyalçay hövzəsi istər özünün torpaq-iqlim şəraitinə, istərsədə coğrafi mövqeyinə görə bir sıra əlverişli cəhətlərə malik ərazilərdən hesab olunur. Müasir dövrdə qlobal miqyasda sənayenin sürətli inkişafı və kənd təsərrüfatının intensivləşdirilməsi şəraitində təbii komplekslərin, ayrı-ayrı ekosistemlərin, o cümlədən onun vacib komponenti olan torpaq örtüyünün qorunması bütün dünyada olduğu kimi respublikamızda da aktuallıq kəsb etməyə başlamışdır. Ona görə də təsərrüfatın yüksək inkişaf tempini saxlamaqla təbiət-təsərrüfat münasibətlərinin nizamlanması düzgün elmi və elmi-tətbiqi işlərin hazırlanmasını tələb edir. Məhz buna görə də iri çay hövzələri daxilində torpaqların ekoloji qiymətləndirilməsi, torpaq örtüyü üzərində ekoloji nəzarətin təşkili elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq, kompleks tədqiqatlar nəticəsində tədqiq edilən ərazinin müasir torpaq-ekoloji şəraiti öyrənilmiş, diaqnostik göstəricilər və ətraf mühit amilləri nəzərə alınmaqla torpaqların bonitirovkası, ekoloji qiymətləndirilməsi və monitorinqi həyata keçirilmişdir. Əldə olunan nəticələr monoqrafiyada öz əksini tapmışdır.
Book Details: |
|
ISBN-13: |
978-613-9-41503-8 |
ISBN-10: |
6139415039 |
EAN: |
9786139415038 |
Book language: |
Azerbaijani |
By (author) : |
Günel Əhmədova |
Number of pages: |
200 |
Published on: |
20.08.2019 |
Category: |
Ecology |