Monoqrafiya dahi Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin (1369-1417) Azərbaycan dilində qələmə aldığı şeirlərinin dilinin Azərbaycan dialekt və şivələrinin dili ilə tarixi-dialektoloji baxımdan tədqiqinə həsr olunmuşdur. İ.Nəsimi Azərbaycan ədəbiyyatında hürufilik təliminin əsas siması hesab olunur. O, Azərbaycan, ərəb və fars dillərində “Divan” yaratmış şairdir. İ.Nəsimi XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı tarixində ana dilində yazılmış ilk fəlsəfi qəzəllərin müəllifidir. Onun şeirlərində sufizm və hürufizm ideyaları təbliğ olunur. İ.Nəsiminin şeir dili XIII-XIV əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin fonetik, qrammatik və leksik səviyyəsini real əks etdirir. İ.Nəsimi dilinin şivə faktları sübut edir ki, XIII-XIV əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin koyne əsası Şamaxı-Təbriz dialekti olmuşdur. İ.Nəsimi həm də dünya ədəbiyyatı tarixində humanist ideyaların fədakar təmsilçisi kimi tanınır. Nəsiminin poeziyasında əsas leytmotiv İnsan, onun Azadlığı və Allah qarşısında Bərabərliyidir. İ.Nəsiminin mütərəqqi ideyaları ilə öz zamanında dərk edilmədiyindən edam olunmuşdur. İ.Nəsiminin qəbri üzərində onun öz əqidəsi uğrunda şəhid olduğu qeyd olunmuşdur.

Book Details:

ISBN-13:

978-613-8-24243-7

ISBN-10:

6138242432

EAN:

9786138242437

Book language:

Azerbaijani

By (author) :

Gudsiyye Gambarova

Number of pages:

156

Published on:

2018-07-12

Category:

Language and literature science