510 il bundan əvvəl Xristofor Kolumb tərəfindən Amerika qitəsi kəşf edilsə də, çox hallarda hələ də həmin kəşfin bir çox qaranlıq tərəfi dünya ictimaiyyətini dərin düşüncələrə qərq edir. Saysız-hesabsız elmi əsərlərdə bildirilir ki, Kolumb kəşf etdiyi torpaqları Şərqi Asiyanın ərazisi ilə səhv salıbdır. Mən, bu əsərimdə sübut etməyə çalışmışam ki, Genuyadan olan məşhur dəniz səyyahı Atlantik okeanının qərb hissəsinə yola düşməmişdən əvvəl, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi Qərbdə Köhnə Dünyaya məlum olmayan iri bir torpaq ərazisinin varlığından hali imiş. Bəli, bəli, Kolumb özünün transatlantik səyahətinə yola düşməmişdən 220 il əvvəl, dünya ensiklopediyasında şərəfli və layiqli yer tutmuş N. Tusi Marağa rəsədxanasında tərtib etdiyi xəritədə, Amerika qitəsinin konturunu coğrafi koordinatları ilə göstərmişdir. Bu dünyada ən fenomenal kəşflərdən biri sayılır və Kolumb praktik olaraq həmin kəşfi həyata keçirmişdir.

Book Details:

ISBN-13:

978-613-9-41750-6

ISBN-10:

6139417503

EAN:

9786139417506

Book language:

Azerbaijani

By (author) :

Ramiz Daniz

Number of pages:

360

Published on:

2020-05-11

Category:

History