Bu dərslik texniki ali məktəblərdə Azərbaycan dili və nitq mədəniyyətinin tədrisinə həsr edilmiş ilk fundamental əsərdir. Dərslikdə Azərbaycanda ilk dəfə "Mühəndis və nitq mədəniyyəti" məsələləri işlənmiş, texniki ali məktəblərdə nitq mədəniyyəti fənninin tədrisinə texniki rakursdan yanaşılmışdır. Mövzulara uyğun olaraq ("Leksik norma", "Elmi üslub" və s.) energetika, geologiya, kimya, qaz-neft - mədən, avtomatika və s. bağlı texniki terminlərin, eləcə də, "iqtisadi terminlər"in izahı, onların orfoqrafiyası, orfoepiyası, "elmi etiketlər" haqqında gələcək mühəndislərə məlumatlar, məsləhətlər verilmişdir. Dərslik nəinki texniki ali məktəblər, həmçinin qeyri-filoloji, filoloji ali məktəb tələbələri, alimlər, doktorantlar, nitq mədəniyyəti ilə maraqlanan hər bir kəs üçün faydalıdır. Bu 1000-ə yaxın səhifədən və təxminən 1000-ə yaxın müxtəlif tipli tapşırıqlardan, çalışmalardan ibarət dərsliyin hazırlanmasında 3000-dən çox mənbə, ədəbiyyat nəzərdən keçirilmiş, 2000-dən artıq ədəbiyyatdan bu və ya digər dərəcədə istifadə olunmuşdur.

Book Details:

ISBN-13:

978-620-0-60700-3

ISBN-10:

6200607001

EAN:

9786200607003

Book language:

Azerbaijani

By (author) :

AFAQ AĞAYEVA

Number of pages:

688

Published on:

2020-04-22

Category:

Language and literature science