Miniatür həcminin kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə seçilən təsviri sənət sahəsidir. Orta əsrlərdən başlayaraq Misir, Bizans və Qərbi Avropa ölkələrində müxtəlif məzmunlu əsərlərə illustrasiya olaraq miniatürlərin çəkildiyi məlumdur. Azərbaycanda miniatür sənətinin ilk nümunələri Təbriz və Marağa şəhərlərində XIII əsrin sonlarında yaranmışdır. Bu miniatürlərdən ən qədimləri “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), “Mənafi əl-Heyvan” (1298), “Cami ət-təvarix”(1308-1314) adlı əsərlərə çəkilmiş miniatürlərdir. Sonralar miniatür sənəti daha da inkişaf etmiş, fərqli üsluba malik Qəzvin, İsfahan, Buxara kimi miniatür məktəbləri ortaya çıxmıştır. Bu məktəblərdə çoxsaylı istedadlı miniatür rəssamları yetişmışdır. Azərbaycanın dünya mədəniyyət tarixində dərin iz buraxmış görkəmli rəssam və xəttatlarından ustad Soltan Məhəmməd Təbrizi, oğlanları Mirzə Əli və Dost Məhəmməd, Mir Musəvi və oğlu Mir Seyid Əli Müzəffər, Əli Sadıq bəy Ənvar, Mir Zeynaləddin, Mir Müsəvviri misal olaraq göstərmək olar. Miniatür sənətinin ən geniş yayılmış sahələrindən biri kitab miniatürüdür.

Book Details:

ISBN-13:

978-620-0-61432-2

ISBN-10:

6200614326

EAN:

9786200614322

Book language:

Azerbaijani

By (author) :

Nailə Süleymanova

Number of pages:

104

Published on:

2020-09-22

Category:

History