Dərs vəsaiti e.ə. IV əsrdən – eramızın VIII əsrinədək xronoloji çərçivədə Albaniyanın mövcudluğu dövrünü əhatə edir. Burada Albaniya adının etimologiyası, Albaniya dövlətinin Azərbaycan tarixində yeri, mənbəşünaslığı və tarixşünaslığı araşdırılır, Albaniyanın tarixi-siyasi coğrafiyası, əhalisi haqqında elmi təhlillər aparılır. Həmçinin antik dövrdə və erkən orta əsrlərdə Albaniyanın maddi mədəniyyəti, Sasanilər dövlətinin hökmranlığı dövrü, Albaniyada xristianlıq, Mehranilər sülaləsinin hakimiyyəti dövrünə aydınlıq gətirilir. Albaniyanın ərəb işğalları dövrü, onun sosial-iqtisadi həyatı, memarlıq abidələri barədə məlumatlar da dərs vəsaitində öz əksini tapmışdır. ​​​​​​​​​​​​​​Azərbaycan dilində nəşr olunan bu vəsait tarix, tarix və coğrafiya ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Book Details:

ISBN-13:

978-620-0-64127-4

ISBN-10:

6200641277

EAN:

9786200641274

Book language:

Azerbaijani

By (author) :

NAİBƏ ƏHMƏDOVA

Number of pages:

212

Published on:

2022-12-23

Category:

History