Müasir dünyada qloballaşma prosesləri ölkələrin iqtisadi, siyasi və mədəni fəaliyyətlərinin beynəlxalq inteqrasiya və birləşməyə yönəlməsi - ümumi hədəfləri, hərəkətləri və nəticələri ilə vahid dünya birliyinin formalaşması ilə xarakterizə olunur. Təhsil xidmətlərinin keyfiyyətinə elm, texnologiya və iqtisadiyyatdakı dəyişikliklər təsir göstərir. Müasir reallıqlarla əlaqəli olaraq, təhsil xidmətlərinin keyfiyyətini yüksəltmək, müəyyən elmi sahələri öyrənməyə marağı artırmaq, təhsilin idarə edilməsindəki şərtləri və yanaşmaları gücləndirmək məqsədi ilə yeni təhsil metodları və vasitələrinin inkişafı mühüm məsələdir. Təhsil bu gün də cəmiyyətə yeni biliklər, yeniliklər, elmi kəşflər və texnologiyalar təqdim edən əsas amil kimi çıxış edir. İnnovativ alətlər və texnologiyaların tətbiqi ilə rəqəmsal iqtisadiyyatın intensiv inkişafı mütəxəssislərin yenidən profilləşməsinə gətirib çıxarır ki, bu da təhsil xidmətlərinə tələbat yaradır, həyat təlimatlarının və bilik əldə etmək yanaşmalarının formalaşmasında rolunu gücləndirir.

Book Details:

ISBN-13:

978-620-0-64348-3

ISBN-10:

6200643482

EAN:

9786200643483

Book language:

Azerbaijani

By (author) :

Cəfərova Nərmin Bayram qızı

Number of pages:

80

Published on:

2023-02-07

Category:

Education system