XX əsrin sonlarından Azərbaycanın təkrarən öz müstəqilliyinə qovuşmasından sonra Azərbaycan xalqının çoxəsrli tarixi keçmişinin, xüsusən tariximizin orta əsrlər çağının bir sıra məsələlərinin yenidən tədqiq edilib öyrənilməsinin vacibliyi şübhəsizdir. Bunun isə başlıca səbəbi Azərbaycanın SSRİ-nin tərkibində olduğu bir zamanda araşdırılan elmi-tədqiqat işlərində türk-müsəlman xalqlarının tarixinə, o cümlədən Azərbaycan tarixinə qeyri-obyektiv yanaşılması, hətta bəzi yalnışlıqların edilməsi və bir sıra faktların saxtalaşdırılması olmuşdur. XV-XVI əsrlər Səfəvi hakimiyyəti dövrünün araşdırılması tarixşünaslığın çox əhəmiyyətli qismini təşkil edir. Bununla yanaşı, həmçinin, Səfəvi dövləti onun bir hissəsinə çevrilmiş Cənubi Qafqaz, İran və başqa ölkələrin tarixi müqəddəratında mühüm rola malikdir. Şübhəsiz, tədqiqat apardığımız mövzunun aktuallığı öncəliklə bununla şərh olunur. Ələlxüsus XV əsrin sonu-XVI əsrin əvvəlləri Səfəvi dövləti qurulduğu bir vaxtda Azərbaycanda yaranmış vəziyyətin araşdırılması bu mövzunun aktuallığını danılmaz bir gerçəkliyə çevirir.

Book Details:

ISBN-13:

978-620-6-17719-7

ISBN-10:

620617719X

EAN:

9786206177197

Book language:

Azerbaijani

By (author) :

LEYLA MİRDAMƏD qızı TAĞIZADƏ

Number of pages:

80

Published on:

2023-10-28

Category:

Political science