XX əsrin sonundan başlayaraq, bir sıra inkişaf etmiş aparıcı ölkələr tərəfindən kapital bazarlarının beynəlmiləşdirilməsi əhəmiyyətli dərəcədə iqtisadi əlaqələrin genişlənməsi, dərinləşməsinə səbəb olmuş və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının geniş yayılmasını, həmin ölkələrin yurisdiksiyalarında qanunvericilik aktlar kimi, tanınmasını zəruri etmişdir. Azərbaycanda, iqtisadiyyatımızın dünya iqtisadiyatına inteqrasiya olunması ilə sözügedən Standartların tətbiqinin zəruriliyinə əsaslanaraq, islahatların aparılması nəticəsində 02.09.2004-cü ildə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.Ölkəmizdə aparılan islahatın növbəti mərhələsində 04.05.2018-ci ildə bu Qanuna edilmiş dəyişikliklərə əsasən “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatları Beynəlxalq Standartı”, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları”, onların tətbiqi ilə bağlı qanunvericilik aktları qəbul edilmişdir.Təqdim olunan kitabda Azərbaycanda mühasibat uçotu sahəsində aparılan islahatların birinci mərhələsində uçot siyasətinin konseptual istiqamətlərinin xüsusiyyətləri, əldə olunmuş nailiyyətlər göstərilmişdir.

Book Details:

ISBN-13:

978-620-6-17791-3

ISBN-10:

6206177912

EAN:

9786206177913

Book language:

Azerbaijani

By (author) :

Cəfərov Elxan Orxan oğlu

Number of pages:

200

Published on:

2023-11-07

Category:

National economy