ƏSƏRLƏRİNDƏ YAŞAYAN SƏNƏTKAR TANRIYEL HƏSƏNOĞLU

ƏSƏRLƏRİNDƏ YAŞAYAN SƏNƏTKAR TANRIYEL HƏSƏNOĞLU

anadan olmasının 75 illiyinə həsr olunmuş təkmilləşdirilmiş II nəşri

GlobeEdit ( 2023-12-19 )

€ 82,90

Buy at the MoreBooks! Shop

“ƏSƏRLƏRİNDƏ YAŞAYAN SƏNƏTKAR TANRIYEL HƏSƏNOĞLU” kitabında Gürcüstanın Qardabani (Qarayazı) rayonunda dünyaya göz açmış, Tbilisi Moisey Toidze adına Rəssamlıq məktəbinin məzunu Tanrıyel Həsən oğlu Əliyevin sirlər, möcüzələr və kəramətlərlə dolu olan əsrarəngiz sənət inciləri yer almışdır. 1988-ci ildən Türkiyədə məskunlaşmaqla mühacirət həyatına başlayan Tanrıyelin taleyinin Manavqat şəhəri ilə bağlaması “alın yazısı” – Allahın lütfü hesab etmək olar. Bu gün Manavqatdakı Dədəxan Mədəniyyət Evinin Sənət Qalereyasında nümayiş etdirilən və müəllifin yaradıcılığı üçün “yeni səhifə” kimi dəyərləndirdiyimiz 60-a qədər tablosu sözün əsl mənasında milli bədii-mənəvi irsimizə böyük töhfədir. Uzun illər ərzində məhz bu unikal rəngkarlıq nümunələrinin sayəsində Türkiyənin turizm mərkəzlərindən hesab olunan Manavqatın diqqətçəkən və qələbəlik duyulan mədəniyyət ocağına çevrilməsi də hamının etiraf etdiyi həqiqətdir. Artıq əbədiyyətə qovuşmuş Tanrıyel Əliyevin nadir sənət əsərlərinin toplanıb bir araya gətirilməsi, sərgilərinin təşkili, Azərbaycan xalqına tanıdılması, Gürcüstanın və Azərbaycanın mədəniyyət nazirliklərinin, rəssamlıq ittifaqlarının, mədəniyyət qurumlarının üzərinə düşür.

Book Details:

ISBN-13:

978-620-6-79532-2

ISBN-10:

6206795322

EAN:

9786206795322

Book language:

Azerbaijani

By (author) :

İSMAYIL MƏCİDLİ
İLYAS ƏZİMOV

Number of pages:

284

Published on:

2023-12-19

Category:

Art