Filoloji elmi qaynaqların, ədəbi simaların ayrı-ayrı konkret mövzulara çevrilməsi sahəsində müəllif bu kitabda çox elmi-didaktik məsələlərin şərhini verməyə nail olmuşdur. Kitabda Ş.M.Xiyabani, M.C.Pişəvəri, Q.R.Mirzəzadə haqqında yeni tədqiqlər, habelə Cənubi Azərbaycan poeziyası, “Çağdaş Tehran poeziyasında Pişəvəri”, “Mirvarid Dilbazi”, “Ədəbi qaynaqlar”, “Azərbaycan mübarizləri” mövzularında yazılan yeni şərhlər oxucuların diqqətini çəkəcəkdir. Onun Füzuli söz sənətinə hərtərəfli bələdliyi, fars dilli ədəbi simalarımızı, o cümlədən Füzulinin söz, sənət, musiqi alətləri haqqındakı fikirlərinə şərhlər verməsinin bir əsas səbəbi müəllifin kamanın, tarın imkanlarını gözəl bilməsi, bu kimi daha bir sıra musiqi alətlərində mükəmməl ifalar etmək qabiliyyətini özündə daşıması ilə yanaşı, həm də dinşünas-islamşünas bilici olması ilə əlaqədardır. Onu da qeyd edək ki, bu kitabda müəllifin 40-dan artıq müxtəlif səpkili yazıları toplanmışdır. Müasirliyi və aktuallığı ilə seçilən problemlərin qaldırılması ilə bərabər, burada informativ xarakterli yazılara, məqalələrə, rəylərə də rast gəlmək mümkündür. Bu kitab tədqiqatçılar, o cümlədən tələbə, magistr və doktorantlar üçün nəzərdə tutulub.

Book Details:

ISBN-13:

978-613-8-23887-4

ISBN-10:

6138238877

EAN:

9786138238874

Book language:

Azerbaijani

By (author) :

Vüqar Əhməd

Number of pages:

292

Published on:

21.03.2018

Category:

General and comparative literature science