Kitabda, leksikoqrafiyanın yaranması və onun keçdiyi tarixi inkişaf yolları əks olunmuşdur. Bu zaman müəllif, qazıntılar zamanı aşkar edilən və ilk leksikoqrafik mənbəə (material) sayılan Şumer lüğətləri haqqında, həmçinin qədim dilçilik məktəbləri və hər bir məktəbin spesifik cəhətləri, həmin məktəblərin nümayəndələrinin yaratdıqları leksikoqrafik əsərlər haqqında geniş məlumat vermişdir. Kitabın ikinci bölməsində, Azərbaycan dilinin leksikoqrafiyasının yaranması və inkişafının birinci dövrü olan “İlkin dövr” (XI-XIX əsrlər) və bu dövrə xas olan xarakterik cəhətlər işıqlandırılmışdır. Həmçinin XI-XIX əsrlərdə türk dilləri leksikoqrafiyasının yaranması və inkişafında xidmətləri olmuş alim və mütəfəkkirlərin yardıcılığı və onların yaratdıqları leksikoqrafik əsərlərə geniş yer verilmişdir.
Book Details: |
|
ISBN-13: |
978-613-9-41514-4 |
ISBN-10: |
6139415144 |
EAN: |
9786139415144 |
Book language: |
Azerbaijani |
By (author) : |
Təranə Məmmədova |
Number of pages: |
52 |
Published on: |
16.04.2019 |
Category: |
Classical linguistics / literature science |