Müasir Azərbaycanın təsviri sənətinin başlanğıc mərhələsini XX əsrin 90-cı illərinə təsadüf etdiyi demək olar ki, bu dövrdə Sovet ideologiyasının basqısından azad olmuş incəsənətimiz yeni irəliləyiş yoluna qədəm qoyması müstəqillik qazanmağımız ilə bilavasitə əlaqədardı. Bu inkişaf və irəliləyişin olmasında rəssamlarımız mühim rolu var. Müasirliyə və milliliyi özündə birləşdirən tablolar meydana çıxması müasir Azərbaycan incəsənətinin özəyi formalaşdırırdı. Ümumiyyətlə yuxarıda qeyd olunan və müasir Azərbaycan incəsənətini yeniliklərlə zənginləşdirən rəssamlarımızdan biri Sakit Məmmədovdur. Rəssam Sakit Məmmədov 05 avqust 1958-ci ildə Azərbaycanın Neftçala şəhərində anadan olub. O, 20 yaşında Azərbaycanın böyük sənətkarlarının yetişdiyi Əzim Əzimzadə adını Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirir. 1978-1980-ci illərdə hərbi xitmətdə olan rəssam 1981-ci ildən 1987-ci ilə qədər İlya Repin adına Leninqrad(Sank-Peterbruq) Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsində təhsilini davam etdirib. 2018-ci ildə Aszərbaycanın “Xalq rəssam”ı fəxri adını alıb.
Book Details: |
|
ISBN-13: |
978-620-0-50819-5 |
ISBN-10: |
6200508194 |
EAN: |
9786200508195 |
Book language: |
Azerbaijani |
By (author) : |
İbrahimov Anar |
Number of pages: |
80 |
Published on: |
13.01.2020 |
Category: |
Art |