Bu əsərdə XX əsr Azərbaycanın görkəmli filosof şair və dramaturqu H. Cavidin yaradıcılığında İnsan mənəviyyatı təsəvvüf müstəvisində araşdırılıb. Onun əsərləri dünya romantizm ənənələri səviyyəsində yazılmış əsərlərdi."Mənim tanrım gözəllikdir,sevgidir'- fikri duyğusu səmalarda dolaşan, böyük sufilər kimi Allahın hüsnünü tərənnüm və vəsf edən filosof şairin konsepsiyasıdır. Onun qəhrəmanları yüksəlmək, həqiqətə qovuşmaq arzusundadırlar və bu yüksəliş mənəvi təmizlənmə sayəsində olur. Həqiqətə yaxınlaşdıqca din fərqləri azalır. İnsanın mənən təmizlənib, ilahi eşq vasitəsilə haqqa yüksəlməsi dinlərin bir olması ideyasına gətirib çıxarır. "Həqiqətdə uyuyan xəyal" H.Cavid romantizminin düsturudur.Şair arzu etdiklərini, xəyal və düşüncələri qələmə almaqla yanaşı, eyni zamanda dövrün, zamanın əsl həqiqi üzünü oxucuya göstərir. Onun qəhrəmanları əsl real qəhrəmanlardır, Adəm kimi göydən yerə enmişlər, ancaq olduqları yer o qədər ədalətsizliklərlə, haqsızlıqlarla, hiylə ilə, riyakarlıq-la doludur ki, yüksəlməyə can atırlar. Bu fikirlə razılaşmamaq olmaz ki, bunun çıxış yolu Sevgidir, Eşqdir.

Book Details:

ISBN-13:

978-620-2-48795-5

ISBN-10:

620248795X

EAN:

9786202487955

Book language:

Azerbaijani

By (author) :

Seadet Cahangirzade

Number of pages:

52

Published on:

13.03.2018

Category:

Language and literature science