GlobeEdit ( 2023-08-15 )
€ 61,90
Monoqrafiyada cədidizmin XX əsrin əvvəllərində özbək bədii düşüncəsində yeri və rolu, sənətkarların yaratdığı bədii nümunələrdə cədidizmdən irəli gələn milli kimlik, istiqlal, elm və təhsilin inkişafı məsələləridir. Cədidizmin görkəmli nümayəndəsi Əbdurrauf Fitrətin yaradıcılığı, onun dövründəki digər cədidçi sənətkarlarla ortaq fəaliyyətləri tədqiq olunur. Ə.Fitrətin poeziyasında, nəsrində, dramaturgiyasında və publisistikasında türk xalqlarının birliyi, Türküstanın istiqlalı, elm və təhsilin inkişafına dair fikirləri araşdırılır. Tədqiqatın başlıca məqsədini cədidizm və onun görkəmli nümayəndəsi Ə.Fitrətin yaradıcılığını müəyyən elmi sistem daxilində izləmək təşkil edir. Xatırladaq ki, monoqrafiya müəllifin 2013-cü ildə Bakı Dövlət Universitetində müdafiə etdiyi eyniadlı magistr işinin yeni redaktədə təqdimatıdır.
Book Details: |
|
ISBN-13: |
978-620-6-17570-4 |
ISBN-10: |
6206175707 |
EAN: |
9786206175704 |
Book language: |
Azerbaijani |
By (author) : |
Mehman Həsənli |
Number of pages: |
128 |
Published on: |
2023-08-15 |
Category: |
General and comparative literature science |