Agır və yüngül sənaye, həmçinin kənd təsərrüfatı istehsalatında müxtəlif təyinatlı proseslərin idarə olunmasında daha böyük xüsusi çəkiyə malik olan texniki vasitələrindən biri də məhlul sərfinin tənzimlənməsi üçün böyük iqtisadi, ekoloji və istismar göstəricilərinə malik texniki vasitələrdir.Aparılmış çoxsaylı analitik tədqiqatların nəticələri göstərir ki, adıgedən qurğuların aktuallığı mütəlif qatılığa malik, həmçinin müxtəlif təyinatlı məhlulların fasilələrlə və fasiləsiz verilməsi zamanı məhlul sərfinin pilləsiz nizamlanmasına nail olmaq, fasilələrlə verim zamanı sistemdə yaranan hidravlik zərbənin aradan qaldırılması, qurğunun qurluşunun sadə, istismarının asan olması, ondan müxtəlif texnoloji proseslərin həyata keçirilməsi zamanı həmin axın xətlərində və kommunikasiya vasitələri üzərində asanlıqla quraşdırıla bilməsidir. Tərəfimizdən adıgedən qurgulara keçmiş İttifaqın Patent təşkilatları, həmçinin Müstəqil Respublikamızın Əqli Mülkiyyət Agentliyindən müvafiq olaraq çoxsaylı Müəlliflik Şəhadətnamələri və Patentlər alınmış, təyinatı üzrə tətbiq olunaraq qənaətbəxş nəticələr əldə olunmuşdur.
Book Details: |
|
ISBN-13: |
978-620-6-17579-7 |
ISBN-10: |
6206175790 |
EAN: |
9786206175797 |
Book language: |
Azerbaijani |
By (author) : |
Ş. M. BABAYEV |
Number of pages: |
56 |
Published on: |
2025-01-13 |
Category: |
Agriculture, horticulture, forestry, fishery, nutrition |