GlobeEdit ( 2023-08-30 )
€ 39,90
Mülki aviasiyanın inkişafının mühüm şərti uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə daim artan tələblərdir. Mülki aviasiyada uçuş informasiyasının (Uİ) emalı hava nəqliyyatının təhlükəsizliyinin və işinin səmərəliliyinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Uİ bütün uçuş müddəti ərzində ekipajın fəaliyyəti barəsində yeganə obyektiv informasiya mənbəyidir. Buna görə də Uİ-nin emalı əsasında ekipajın uçuş fəaliyyətinin sistematik nəzarəti və qiymətləndərilməsi ekipajın peşəkar hazırlıq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin edir. Bundan başqa uçuş informasiyasının yerüstü emalı aviasiya texnikasının vəziyyətinin təyin edilməsi və onun diaqnozlaşdırılması məsələlərinin həllində aparıcı rol oynayır.Beləliklə pilotaj-naviqasiya informasiyasının kompleks emalı və analizinin metod və alqoritmlərinin işlənilməsi gələcəkdə pilotlarda uçuş zamanı hər hansı bir problemlər baş verərsə, problemin növündən asılı olmayaraq vəziyyətdən qəzasız xilas olunmanı və maksimum təhlükəsiz uçuşu təmin edə bilər.
Book Details: |
|
ISBN-13: |
978-620-6-17615-2 |
ISBN-10: |
6206176150 |
EAN: |
9786206176152 |
Book language: |
Azerbaijani |
By (author) : |
Xəlilli Fatimə Tofiq qızı |
Number of pages: |
72 |
Published on: |
2023-08-30 |
Category: |
Vehicles, Aircraft, Ships, space travel |