Oyun uşaqların inkişafına müsbət təsir etdiyinə görə çalışmalıyıq ki, ondan daima istifadə edək və oyunları diqqət mərkəzindən kənarda saxlamayaq. Çünki, uşaqların hər yaş dövrü üçün istifadə edilən oyunlar bir növ onların şəxsiyyətinin də formalaşmasına kömək edir. Oyun vasitəsilə onlar ətraflarında olan hadisələrə münasibət bildirmiş olurlar. İbtidai siniflərdə oyun texnologiyalarından istifadə edilməsində əsas məqsəd uşaqlar üçün bir sıra fənlərə qarşı (Azərbaycan dili, Riyaziyyat, İngilis dili və s.) maraq oyatmaqdır. Oyun zamanı şagirdlərin bilikləri sistemli bir hal alır. Tədris ilinin əvvəlində dərs planı hazırlanan zaman oyunlara da yer vermək lazımdır. Kiçik məktəbyaşı dövründə uşaqların aparıcı fəaliyyət növlərindən biri oyundur. Uşaqların məktəbə gəlişi sayəsində onların sosial həyatı əsaslı surətdə dəyişir. Artıq uşağın əsas fəaliyyəti oyundan təhsil işinə keçir. Bu proses uşaqların bir sıra idrak fəaliyyətlərinin (diqqət, yaddaş, təfəkkür, təxəyyül və s.) tam inkişaf etmədiyinə görə onlar üçün çətin olur. Belə olduqda bu zaman oyun və oyun texnologiyaları köməyimizə gələcək.
Book Details: |
|
ISBN-13: |
978-620-6-17652-7 |
ISBN-10: |
6206176525 |
EAN: |
9786206176527 |
Book language: |
Azerbaijani |
By (author) : |
Abbasova Mədinə Teyyub qızının |
Number of pages: |
52 |
Published on: |
2023-09-20 |
Category: |
Schoolpedagogy, didactics, methodology |