İşin aktuallığı: Liftin əsas işçi mexanizmi onun yükqaldırma mexanizmdir. Bu mexanizm yük və ya sərnişinlərin şaqulu müstəvidə qaldırılması və endirilməsi üçün tələb olunan fırlanma momentini və sürəti təmin etməli, təhlükəsiz olmalı, enerji sərfi və itkisi də mümkün qədər az olmalıdır.Tədqiqatın məqsədi: Mövcud konstruksiyalar öyrənilməli, yeni, daha rasional, texniki səviyyəsi yüksək olan konstruktiv həllər işlənilməlidir.Elmi yenilik: Magistr işində lift bucurqadlarında istifadə edilən ötürücü mexanizmlər təhlil edilmiş, ənənəvi sonsuz vint reduktorının əvəzində daha yüksək texniki səviyəyə malik planetar reduktorun tətbiq edilməsi təklif edilmiş, yeni konstruktiv həllin kinematik sxemi işlənmiş və möhkəmlik hesabı aparılmışdır.Praktiki əhəmiyyəti: Təklif edilən yeni konstruktiv həll mövcud liftlərin əsaslı təmiri zamanı bucurqadın yenilənməsi və həmçinin, yeni liftlərin istehsalı zamanı effektiv tədbiq edilə bilər.İşin həcmi və struktru: Dissertasiya işi giriş, 4 fəsil, nəticə və 50 adda istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olub, 75 səhifə vərəqdə çap olunmuşdur.
Book Details: |
|
ISBN-13: |
978-620-6-17740-1 |
ISBN-10: |
6206177408 |
EAN: |
9786206177401 |
Book language: |
Azerbaijani |
By (author) : |
Hüseynov Həsən Əlövsət oğlu |
Number of pages: |
84 |
Published on: |
2023-10-09 |
Category: |
Mechanical engineering, manufacturing technology |