İlk dəfə olaraq göstəricilər, massivlər, yazılar, sətirlər, fayllar və bir istiqamətli sıyahılar, iki istiqamətli sıyahılar və halqavarı sıyahılar, steklər, növbələr və deklər, binar ağaclar, xeş-cədvəllər kimi strukturlar əhatə edilmiş və C# dilində proqramlaşdırılmışdır. Dərs vəsaitində Hörner sxeminin alqoritmi, verilənlərin axtarışı üçün ardıcıl və binar axtarış alqoritmləri, verilənlərin nizamlanması üçün ardıcıl, yerləşdirməklə, “qabarcıq”, Şell və sürətli nizamlama alqoritmləri, cəbri və transendent tənliklərin həlli üçün yarıya bölmə, iterasiya və Nyuton metodlarının alqoritmləri,XCTS-nin həlli üçün Qauss və Xoleski metodlarının alqoritmləri, rekursiv alqoritmlər kompüterdə icra edilmiş və onların ən yaxşı, orta və ən pis hallarda mürəkkəbliyi araşdırılmışdır.Kitab ali məktəb tələbələrinin “Verilənlərin strukturu və alqoritmlər” fənnini öyrənməsi üçün dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Lakin kitabdan istənilən proqramlaşdırma dilini, o cümlədən, Pascal, C++, C#, Python və s. dilləri öyrənmək istəyən şəxslər və proqramlaşdırma dillərini, alqoritmlər nəzəriyyəsini və s. tədris edən müəllimlər, magistrlər, doktorantlar istifadə edə bilərlər.
Grāmatas detaļas: |
|
ISBN-13: |
978-620-0-60659-4 |
ISBN-10: |
6200606595 |
EAN : |
9786200606594 |
Grāmatas valoda: |
Azerbaijani |
By (author) : |
Zakir Məhərrəmov |
Lappušu skaits: |
336 |
Izdošanas datums: |
15.04.2020 |
Kategorija: |
Informatics, IT |