Son illər reproduktiv yaşlı kişilərin və qadınların sidik-tənasiil orqanların xəstəliklərinin etiologiyasında və patogenezində Ureaplazmanın rolu artmışdır. Geniş yayılması və praktik sağlam şəxslərdə tez-tez tapılması bu mikroorqanizmin sidik-tənasül traktının patologiyasında etioloji amil kimi rol oynaması ikimənalı qarşılanır. Ureaplazma mikroorqanizmin macroorganizmdə adheziyasını, kolonizasiyasmı, persistensiyasmı təmin edən, toksik məhsullar (toksinlər, fermentlər, metabolitlər), makroorganizmin normal nəzarət etmə mexanizmini pozan və membrandestabilizə edən təsir göstərən patogenetik faktorların öyrənilməsinə az tədqiqatlar həsr edilib. Ureaplazma yoluxmuş orqanizmdə uzun müddətli yaşamaq qabiliyyətinə malikdir. Ureaplazma kəskin infeksiya törədə bilər, lakin çox hallarda infeksiya gizli keçir. Klinik rifah ilə nəticələnən spesifik müalicə əksər hallarda törədicinin orqanizmdən eliminasiyası ilə nəticələnmir və yalnız kəskin infeksiyasının gizli formasına keçməyinə imkan yaradır. Persistə edən ureaplazmalar müxtəlif faktorların təsiri altında, məsələn, digər mənşəli infeksiyalarm qoşulması, orqanizmin fizioloji və immun statusunun dəyişilməsi nəticəsində aktivləşə bilər.
Book Details: |
|
ISBN-13: |
978-620-0-63508-2 |
ISBN-10: |
6200635080 |
EAN: |
9786200635082 |
Book language: |
Azerbaijani |
By (author) : |
M.M. CAVAD-ZADƏ |
Number of pages: |
72 |
Published on: |
23.09.2022 |
Category: |
Medicine |