GlobeEdit ( 15.07.2024 )
€ 93,90
İlk öncə monoqrafiyada Naxçıvan mühitində özünə layiqli yer tutan, milli-mənəvi dəyərlərimizi təmsil edən Naxçıvan əlyazma mətnlərinin araşdırılmasının tədqiqi öz əksini tapır. Bu gün Naxçıvana dair əlyazma mətnlərinin hər tərəfli tədqiq edilməsi məhz Ulu Öndər Heydər Əliyevin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir. “Azərbaycan mətnşünaslığı və Naxçıvan əlyazmaları” adlı monoqrafiya öz baxışları ilə sanki gənclərimizə təlim-tərbiyənin nə qədər zəruri olduğunu səciyyələndirir. Bu baxımdan da Naxçıvana dair əlyazma mətnlər filoloji istiqamətdə araşdırılaraq onların yaratdığı mühüm amillər geniş şəkildə işıqlandırılır. Həmçinin əlyazma nümunələrinin yaranma zərurəti, zəngin xüsusiyyətləri, kitab müəlliflərinin yaradıcılıq fəaliyyətləri, mənəvi dəyərləri, tarixi həqiqətləri, əlyazmaların xəttatları, miniatürçü rəssamları, nəqqaş-müzəhhibləri və bədii cild ustalarının yaratdığı sənət əsərləri barədə araşdırmalar aparılmışdır. Bu da Azərbaycan mətnşünaslıq elminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.Monoqrafiya ilk öncə mətnşünaslıq baxımından milli-mənəvi dəyərlərin mənimsənilməsi və Naxçıvan mədəniyyətinin zəngin ədəbi-fəlsəfi məktəblərinin öyrənilməsi baxımından dəyərlidir.
Informasjon om boken: |
|
ISBN-13: |
978-620-6-80031-6 |
ISBN-10: |
6206800318 |
EAN: |
9786206800316 |
Boken er skrevet på:: |
Azerbaijani |
By (author) : |
Səbuhi İbrahimov |
Antall sider: |
372 |
Utgivelsesdato: |
15.07.2024 |
Kategori: |
Ethnology |