Oxuculara təqdim olunan monoqrafiyada çar Rusiyası dövründə 1850-ci ildən 1917-ci ilədək Şimali Azərbaycanın inzibati-ərazi vahidi olan İrəvan quberniyasının tarixindən bəhs edilir. Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələri əsasında 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin yerli sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut etmişdir. Monoqrafiyada, həmçinin, vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatlar yer almışdır.
Grāmatas detaļas: |
|
ISBN-13: |
978-620-6-80177-1 |
ISBN-10: |
6206801772 |
EAN : |
9786206801771 |
Grāmatas valoda: |
Azerbaijani |
By (author) : |
Ziyad Əmrahov |
Lappušu skaits: |
480 |
Izdošanas datums: |
12.11.2024 |
Kategorija: |
History |