İslam Sadığın "Şumerdə izim var" ("Azərnəşr", Bakı, 2008), "Şumer ədəbiyyatı" ("Azərnəşr", Bakı, 2013) və "Şumer və türk dastanları" ("Azərnəşr", Bakı, 2012) kitabları işıq üzü görmüşdür. Həmin kitablarda daha çox tarixi və ədəbi-bədii mətnlər, həmçinin folklor motivləri araşdırılmış, şumer-türk etnogenetik bağlılığını təsdiqləyən çoxlu arqumentlər üzə çıxarılmışdır. İslam Sadığın "Tanrı dili, Türk dili, Şumer dili" kitabında Şumer və türk dilləri arasındakı oxşarlıqlar araşdırılmış, onların fonetikası, qrammatik quruluşu, morfologiyası, sintaksisi, söz yaradıcılığının yolları tutuşdurulmuş, bir çox eyniliklər üzə çıxarılmışdır. İlk dəfə olaraq Şumer və Türk dillərində Heca qanunu kəşf edilmiş, söz köklərinin ən qədim ilkin variantları aşkarlanmış, qohumluq, say və bədən üzvlərinin adlarını bildirən terminlərin mövcudluğu təsdiqini tapmışdır. İlk dəfə olaraq Şumer və Türk dillərində işlənmiş 1000-ə qədər sözün eyniliyi açılıb göstərilmişdir. Şuner və Türk dillərinin genetik qohumluğunu sübut etmək üçün ilk dəfə olaraq 30 şərt qoyulmuş və onların hamısının cavabı verilmişdir.
Grāmatas detaļas: |
|
ISBN-13: |
978-620-6-80010-1 |
ISBN-10: |
6206800105 |
EAN : |
9786206800101 |
Grāmatas valoda: |
Azerbaijani |
By (author) : |
İslam Sadıq |
Lappušu skaits: |
472 |
Izdošanas datums: |
03.07.2024 |
Kategorija: |
Language and literature science |